Çərşənbə axşamı, 21 May

Deputat: "Niyə icra başçıları indiyə qədər baş verənlərdən ibrət götürmürlər?"

image

Mili Məclisin deputatı Fazil Mustafa parlametin dünən keçirilən iclasında icra başçıları haqqında danışıb.

Deputat dünən daha bir icra başçısı və baş həkimin həbs olunduğunu xatırladıb:    

"Maraqlıdır ki, niyə icra başçıları indiyə qədər baş verənlərdən ibrət götürmürlər?

Bu gün hansısa rayonda icra başçısına etiraz edən vəzifəli şəxs tapmaq çətindir. Ona görə də biz səlahiyyət məsələsinə bir də  baxmalıyıq. Ciddi struktur islahatlarına başlamalıyıq. Bakı böyük şəhər bələdiyyəsinin yaradılması buna nümunə olardı. Bələdiyyə seçkilərini proporsional  şəkildə keçirməyi təklif edirəm. İndiki halda cəmiyyətin həyatında siyasi partiyaların rolu azdır. Seçkilər proporsional olduğu halda bu zaman siyasi partiyaların fəaliyyəti özünü daha yaxşı göstərəcək”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41